Menu

Fransa xarici işlər naziri partiyasını tərk edir

08.03.2018, 14:49
Fransa xarici işlər naziri partiyasını tərk edir

Fransa xarici işlər naziri Jan-İv Le Drian üzvü olduğu Fransa Sosialist Partiyasından çıxacaq.APA-nın "C News" telekanalına istinadən verdiyi məlumata görə, Jan-İv Le Drian 44 ildir ki, Sosialist Partiyasının üzvüdür.

Qeyd edək ki, Fransa Sosialist Partiyasının əsası 1969-cu ildə Fransua Mitteran və Alen Savari tərəfindən qoyulub. Bu ilin mart ayında Sosialist Partiyasının birinci katibi postuna seçkilər olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol