Menu

Qazax sakinləri Didvan gölündə batıb

11.03.2018, 14:40
Qazax sakinləri Didvan gölündə batıb

Qazax rayon Böyük Cəfərli kənd sakinləri Didvan gölündə batıb.APA-nın Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Ağstafaçay su anbarında (Didivan gölü) balıq tutan kənd sakinləri 1984-cü il təvəllüdlü Aqif Ömərov və 1978-ci il təvəllüdlü Elşən Mustafayev göldə batıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən meyitlərin axtarışı aparılır.

Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol