Menu

Azərbaycanda TV və radionun elektromaqnit təsiri təhlükəlidirmi?

12.03.2018, 20:08
Azərbaycanda TV və radionun elektromaqnit təsiri təhlükəlidirmi?

Bakı və Abşeron yarımadası ərazisindəki teleradiostansiyaların elektromaqnit şüalarının səviyyəsi normanı keçmir.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Hazırda Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı teleqülləsinin siqnalının bir sıra yaşayış məntəqələrində elektromaqnit sahəsinin gərginliyinin təhlilini həyata keçirir. Bildirilib ki, analoji işlər Azərbaycanın rayonlarında da aparılır.

Qeyd edək ki, ölçmə işləri rüblük olaraq aparılır. Əldə olunan məlumatlar əvvəlki göstəricilərlə müqayisə olunur və elektromaqnit gərginliyin artması müşahidə olunarsa DRİ mütəxəssisləri optimallaşdırma işlərini həyata keçirir.

Şərhlər

t.ədalət 2018-03-12 20:08:39

Yenə yalan,palan..Radiotezliklər,nəinki normanı aşır,bina və kiçik obyektlərin üzərində quraşdılrılan telefon stansiyalarının,xüsusi xidmət orqanlarının işlətdiyi rabitə sistemlərinin və digər bilmədiyimiz dalğa ötürən qurğuların "bolluğu",artıq körpələrin də yuxusunu ərşə çəkib.Yuxusuzluq mərəzi ilə həkimlərə müraciət edənlərin,apteklərdən nevroz dərmanları alanların sayı artmaqda davam edir.Bakı dalğaların içərisində çırpınır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol