Menu

Prezidentliyə namizəddən ŞOK açıqlama

09.10.2013, 17:20
Prezidentliyə namizəddən ŞOK açıqlama

Sərdar Cəlaloğlu: “Yoldaşımın yerinə səs verib, imza atıblar”

“Bu gün səsvermədə iştirak etmək üçün ailəmlə birgə 23 saylı Nəsimi-Səbael seçki məntəqəsinin 21 saylı dairəsində oldum. Həyat yoldaşım səs vermək istəyəndə məlum oldu ki, onun yerinə artıq səs verilib və adının qarşısı imzalanıb. Məntəqədən bizə bildirdilər ki, bu texniki problemdir. Bu sözləri Moderator.az-a açıqlamasında prezidentliyə namizəd Sərdar Cəlaloğlu deyib. S.Cəlaloğlu həmçinin məntəqədə qutuların düzgün yerə qoyulmadığını da bildirdi:

“Qutular elə yerə qoyulmuşdu ki, müşahidəçilər seçicilərin necə səs verdiyini görə bilmirdi. İstənilən halda mən bu seçkinin xalqımıza xeyirli olmasını arzu edirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol