Menu

Azərbaycan dövlətinin ABB-də payı yüksəldilib

15.03.2018, 18:15
Azərbaycan dövlətinin ABB-də payı yüksəldilib

Azərbaycan dövlətinin Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) payı yüksəldilib."APA-Economics"in məlumatına görə, bu, “Aqrarkredit” QSC səhmdar kredit təşkilatının ABB-dəki payının dövlətə ötürülməsi nəticəsində baş verib.

Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib.Qeyd edək ki, bankın Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışına əsasən, 01.12.2017-ci il tarixinə dövlətin ABB-dəki payı 80,49%-ə, “Aqrarkredit”in payı isə 14,56%-ə bərabər olub. Ümumilikdə dövlət və dövlət müəssisələrinin ABB-də birlikdə payı 95,05% təşkil edib.

Bundan başqa, 01.12.2017-ci il tarixinə qeyri-dövlət müəssisələri bankda 0,4%, fiziki şəxslər isə 4,55%-lik paya sahib olub.

Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin nizamnamə kapitalının strukturu (01.12.2017-ci il tarixinə)

 

Təsisçinin, iştirakçının (səhmdarın) adı Təsisçilər
məbləğ, min Azərbaycan Manatı ilə Faktiki nizamnamə fon-na nisbətən %-lə
Dövlət və dövlət müəssisələri 1 179 835.16 95.05
O cümlədən,
Azərbaycan Respublikası 999 112.42 80.49
Aqrarkredit QSC  180 722.75 14.56
Qeyri-dövlət müəssisələri 4 910.00 0.4
Fiziki şəxslər 56 542.08 4.55
Cəmi 1 241 287.24 100.00

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol