Menu

İbrahimbəyov Gürcüstanda səs verdi

09.10.2013, 17:36
İbrahimbəyov Gürcüstanda səs verdi

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycanın Gürcüstandakı səfirliyində səs verdiyini deyib. R. İbrahimbəyov APA-nın Moskva müxbirinə açıqlamasında hazırda Tiflisdə olduğundan və seçki hüququndan Azərbaycanın Gürcüstandakı səfirliyində istifadə etdiyini söyləyib: “Hazırda Tiflisdəyəm, burdan da Varşavaya uçuram. Ona görə də Gürcüstanda səs verdim”.

Azərbaycanın Gürcüstandakı səfirliyindən də APA-ya R. İbrahimbəyovun səfirlikdə yaradılmış seçki məntəqəsində səs verdiyini təsdiqləyiblər.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol