Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ilk olaraq prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, S.Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur.
Komissiya S.Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib.
Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasına baxılıb. MSK katibi A.Muxtarova bildirib ki, T.Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil.
Komissiya məsələni səsə qoyaraq qəbul edib.
İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə də baxılıb. A.Muxtarova deyib ki, Ə.Əliyevin prezidentliyə namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə əsaslar mövcuddur.
Bu məsələ də səsə qoyularaq qəbul edilib.
Bununla da prezidentliyə namizədlərin qeydə alınması prosesi başa çatıb.
Beləliklə, Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində 8 namizəd - namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov mübarizə aparacaq.

Şərhlər
Prezidentliy namizədlərin ilk debatı maraqlı keçdi.Maraq ondadır ki, bunlar mövcud möhtərəm prezidentə rəqib olmaq məqsədi ilə namizədliklərini irəli sürdükləri halda debatda rəqib olduqları istiqamətində yox,mövcud prezidenti tərifləmək mövzusunda çıxış etmələri cəmiyyətdə çaşqınlıq yaratdı ki,bunlar seçkidən nə gözləyirlər?
Hər bir namizəd mövcud haldakı nöqsanları göstərməli və bunların seçilərsə aradan qaldıracağına milləti əmin etməli,öz platformalarını xalqa çatdırmalıdırlar ki,səs toplaya bil
NO COMMENT
Bu siyahiyə baxandainsan özündən asılı lmayayaraq düşünür ki,bu nə siyahidir və məqsəd nə olub? Namizədlərin elektort bazas yox.yalançı partiyaların üzvləri yox,bəzisi ( Məs.Z.Oruc)sanki aydan gəlmiş kimi namizəd verib.Axı Zahid Oruc özü də bilir ki,onun seçilmək şansı 0-a bərabərdir.Bunun kimi Araz Əlizadə,R.Nurullayev (bu adam haradan çıxdı? ), F.Quliyev.
Hafiz Hacıyev səhv etmiəmsə üçüncü dəfə namizəd göstərilib.Axı o özünün kimliyini keçən seçkilərdə təsdiq etdi.Daha buna nə lüzum var.Sadəcə məzhəkə !
BUNLARI PREZİDENTLİYƏ YOX ... İŞLƏMƏYƏ GÖNDƏRMƏK LAZIMDIR
Bu namizədlərdən hansının malik olduğu partiyanın səsini xalq eşidib? O zaman onlar nəyə güvənərək namizədliklərini irəli sürüblər? Axı xalqın böyük əksəriyyəti onları tanımır,tanıdıqlarından da bir fəaliyyət görməyiblər.Belə halda necə onlara güvənib səs verən olar?BUnlara Araz Əlizadə,Nurullayev, Fərəc Quliyevi göstərmək olar.Zahid Oruca kim səs verər?
Bu milləti ələ salmaqdır!
Millətin bir namizədi var-o da möhtərəm prezident İlham Əliyevdir.
Heyf Tural Abbaslı real seçiləsi idi alınmadı
İ.Əliyev və S.Məmmədovun 40000 imza toplaması tam doörudur.Və təbiidir.Yerdə qalanların 400000 imza toplaması qeyri mümkündür.MSK bununla Prezidenti və xalqı gülünc vəziyətə saldı.Fikir verin..hafiz,araz,zahid ....və s onlardan heç bir fərqi və sosial bazası olmayan Namizədlərin guya imza toplamaları saxtakarlığın seçkidən öncə özünü biruzə verməsidir.Çox güman ki,indidən məktəb və büdcə təşkilatlarında bu adamların görüşünə məcburi aparmaq üçün siyahılar da tutulub.
Elə seçkii komediyaya çevirmək üçün Hafiz Hacıyevin namizəd kimi qeydiyyata alınması yetərli sayıla bilər.Gərək YAP seçkini belə ucuzlaşdırmayaydı.Burada milləti ələ salmaq,onun millət olmadığını sübuta yetirmək məqsədi güdülüb.
Əvvəllər seçkilərdə seçicilərin 75 %-i iştirak etməyən seçki baş tutmamış sayılırdı.Məzahir bəy isə 25 faiz iştirakla seçkilərilegitim sayır.Bu hansı ölkədə var?
Heyif Tural Abbaslinin zəhmətindın. Yaman girişmişdi iqtidara. Muxalifeti tənqid və təhqir edirdi.Aparici muxalifet numayendələrini söyub, yarinmaq istəyirdi, amma ona məhəl qoyan olmadı.Bu gəncdə haqq söyləyənlərə qarşı bu qədər nifrət ola bilməzdi, yəqin, fikri Razi kimi "yuksəklərə" qalxmaq olub, lakin bacarmadi.Bu gənc daha nə etməlidir ki ?
Əsas məsələ budur ki, bütün namizədlər ya Naxçivanlıdır, ya da açıq və ya gizli Deportasiya-dır. Ölkə ... Ona görə də bu gündəyik. Özünü müxalifət sayan Əli Kərimli isə deyir ki, biz hakimiyyətə gəlmək istəmirik, bəs nə istəyirsən! Kim bir dəfə onun dilindən bi rejimin getməsi tələbini eşitdinizmi. Siz bir dəfə traybalizmin əleyhinə nəsə ondan eşitdinizmi!
Urnaya ne atsalar... neye umid edirler?Yegin muxalifet obrazini yaradirlar... xalgi nece ele salirlar?
Gözəl komediyadır.Bunların içərisində mövcud Prezidentdən başqa namizədlər axı bu posta yaramırlar. Bir də ki, bunların hamısı bir partiyanın namizədləri deyil? Axı yalandan adı olub özləri olmayan,cəmiyyətdə tanınmayan,bir neçə nəfərdən ibarət partiya sayıla bilməz.
Beləliklə möhtəşəm seçki bir oyuncağa çevrilmiş olur.
Hamını başa düşdüm, amma Araz Əlizadənin başa düşmədim, ona kim səs verib, t.abbasli ondan qat-qat hormətlidir
Ərazinin 20%-i verilsə də, qovulmuşların yeni ailələrinin sayı artdıqca daha çox ailə mülksüz və yersiz olur. Seçkidən kənarda qalan Vətəndaşların İnkişafı partiyası ilə bir o qədər də vacib deyil. Çüclü liderlər heç gələn 25 il də onlara yer olacağına əmin deyillər. Başlıca müvəffəq məsələ poladdan güclü xarici dayaqları olan hakimiyyətin daha 7 il möhkəmlənməsi üçün cəmiyyətə daxili dirəklərin də yeridilməsidir.