Moskva ilə Bakı münasibətlərindəki böhranı aradan qaldırıblar və növbəti addım ikitərəfli əməkdaşlığın gücləndirilməsi olmalıdır.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu Təhlükəsizlik Şurasının Elmi-Ekspert Şurası Rəyasət Heyətinin iclasında bildirib.
"Məmnuniyyətlə qeyd edirik ki, ikitərəfli münasibətlərdəki son böhran Moskva və Bakının birgə səyləri nəticəsində aradan qaldırılıb. Hazırda ortaq məqsəd Rusiya-Azərbaycan əməkdaşlığının liderlərin əldə etdiyi razılaşmalara uyğun olaraq davamlı şəkildə inkişaf etməsini təmin etməkdir", - deyə o qeyd edib.
Şoyqunun sözlərinə görə, Rusiya hesab edir ki, Azərbaycanla münasibətlər ikitərəfli hüquqi baza, o cümlədən ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə, eləcə də mehriban qonşuluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etməlidir.
“AzPolitika.info”


Şərhlər