Menu

Türkiyə Ordusu Afrinin mühasirəsini başa çatdırdı

17.03.2018, 22:06
Türkiyə Ordusu Afrinin mühasirəsini başa çatdırdı

Türkiyə Silahlı Qüvvələri Afrinin mühasirəsini başa çatdırıb.Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, qərb və şərq hissələrindən şəhəri mühasirəyə alan Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun döyüşçüləri Afrinin şimalında birləşiblər.

Məlumatda o da qeyd olunub ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün daha 12 yaşayış məntəqəsi terrorçulardan azad edilib

Xatırladaq ki, Türkiyə Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına başlayıb. Məqsəd bölgəni PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizləməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol