Menu

Sabahdan Novruz tətili başlayır

19.03.2018, 09:50

yenibiris_bayram_tatiliSabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 7 qeyri-iş günü olacaq.

Belə ki, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.

Martın 27-si isə iş günüdür.

Beləliklə, bayramla əlaqədar 7 gün iş olmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol