Almaniyanın paytaxtı Berlində şəhərində keçirilən İddiaçılar Turnirində II dövrəyə start verilib.
"Report"un məlumatına görə, VIII tura təsadüf edən görüşdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olub.
Tərəflər 30-cu gedişdən sonra heç-heçəyə razılaşıb. Məmmədyarov bu nəticədən sonra 5-ci xalını qazanıb.
Turun digər qarşılaşmaları isə davam edir.
Uesli So (ABŞ) - Fabiano Karuana (ABŞ)
Aleksandr Qrişuk (Rusiya) - Vladimir Kramnik (Rusiya)
Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan)


Şərhlər