Menu

“Binə” Ticarət Mərkəzində yanğın - Foto

12.07.2014, 12:42
“Binə” Ticarət Mərkəzində yanğın - Foto

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 12.15 də qeyd alınıb.

Ticarət Mərkəzinin elektrik qovşağında qısaqapanmadan tüstülənmə baş verib. Ərazidə olan şəxslər tüstülənən ərazini söndürüb.

* * *

Bu dəqiqələrdə “Binə” Ticarət Mərkəzi yanır. Bu barədə AzNews.az-a bazardakı satıcılar məlumat veriblər.

Məlum olub ki, yanğın ticarət mərkəzinin 3-cü korpusunda baş verib. Hadisə şahidlərindən birinin veriyi məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə faktı təsdiqlədilər. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisədən sonra dəyən ziyan və xəsarət alan barədə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol