Menu

Rusiya kommunistlərinin namizədi bığını qırxdı! - Vədini yerinə yetirdi... (FOTO)

24.03.2018, 16:45
Rusiya kommunistlərinin namizədi bığını qırxdı!  - Vədini yerinə yetirdi... (FOTO)

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Kommunist Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Pavel Qrudinin öz vədini yerinə yetirərək, bığını qırxıb.

Xəbəri «İnterfaks» agentliyi yayıb.

Yuri Dudyuya musahibəsində Qrudinin demişdi ki, əgər seçkilərdə 15,0 faizdən az səs toplasa, bığını qırxacaq.

«Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini elan edib. Mən, onlarla razı deyiləm, amma söz vermişəm, deməli, sözə əməl etmək lazımdır» - deyə, Qrudinin öz «İstaqram»ında yazıb.

İlahi, bəs, bizim «bığsız namizəd»lər nə yapacaqlar? Axı, onların qırxmağa bir «şey»i olmayacaq...

Şərhlər

Ana Vətən namizədi 2018-03-24 16:45:53

O, kişi-мужик bığlarını qırxdırıb ki, qalan Rusiya sosial-demokrat kabusunu-ruhlarını da Züqanovla birgə şefi V.V.Putin əhdinə qurban veriblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol