Bu gün səhər saatlarında Salyan şəhərinin Babazanlı yaşayış massivinin A.Hüseynov küçəsindəki evlərdən birində məişət qazından zəhərlənmə hadisəsi baş verib.Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, iki qardaş - 18 yaşlı Ramiz Vüsal oğlu Nəsirov və 7 yaşlı Hüseyn Vüsal oğlu Nəsirov məişət qazından zəhərlənmə diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Hər iki qardaşa tibbi yardım göstərilib və bundan sonra vəziyyətləri yaxşılaşıb.
Analarının bildirdiyinə görə, zəhərlənmə hadisəsi səhərə yaxın əsən qəfil küləyin qaz sobasını söndürdüyündən baş verib.


Şərhlər