Azərbaycan siyasətində söyüş və təhqirlərin dəbdə olduğu bugünlərdə hüquqşünas İlqar Altayla “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında qarşılıqlı təhqirlərlə müşayiət olunan qarşıdurma başlayıb.
İlk dəfə 2003-cü ilin prezident seçkilər ərəfəsində o vaxtkı Prezident Heydər Əliyevin sağlıq durumu ilə bağlı araşdırmalarilə geniş ictimaiyyətin diqqətini çəkən İlqar Altayın, bu yaxınlarda Avropaya siyasi mühacirətə getdiyi bildirilir. Elə “Yeni Müsavat”ın iddiasına görə, İ.Altay bəzi mühacirlərin Azərbaycan hakimiyyətinə qarşı başlatdığı təhqir kampaniyasını təqdir edənlərdəndir. Onunla Rauf Arifoğlu arasında söyüşmə də məhz bu səbəbdən başlayıb.
“AzPolitika.info”nun məlumatına görə, “musavat.com” saytının 24 mart tarixli buraxılışında yayımlanan “Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü” başlıqlı yazıda hüquqşünasın ünvanına sərt ifadələr işlənib. Qarşı tərəfin reaksiyası gecikməyib. İ.Altay bu gün “Facebook”da paylaşdığı cavab yazısında Rauf Arifoğlunu hədəfə götürüb, ona qarşı ittihamlar irəli sürüb və təhqirlər yağdırıb.
“Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?”

“Sərdar Cəlaloğlu İlqar Altayın üzünə niyə tüpürdü?” sərlövhəli yazıdan sitat: “Məsələn, İlqar Altay adında biri var. 2003-cü ildə mərhum Heydər Əliyev xəstə olanda, Klivlend xəstəxanasında yatanda İlqar Altay xarici kəşfiyyatın əlaltısı kimi min hoqqadan çıxdı... Daha sonra 2003-də baş verən hadisələrdən sonra tutulan dostlarının üzünə durmuşdu istintaqda, onları şərləmişdi. Məhkəmədə Sərdar Cəlaloğlu hamının gözü önündə onun üzünə tüpürdü və bu üzəduran uzun illər ictimaiyyət arasına çıxmadı, "itkin" düşdü. Sonra hökumətdəki bəzi təxribatçı qüvvələrin peşkası kimi "ekspert" qiyafəsində peyda oldu. Artıq həmin təxribatçı qüvvələr vəzifədən alınıblar və İlqar Altay dönüb olub radikal, İŞİDvarı birisi. Söyüş maşinkalarını açıq-aşkar müdafiə edir. Təbii, məqsədi haradansa pul qoparmaqdır. Üzəduranlıq missiyasını davam etdirir. Belə bir yaratıq "Yeni Müsavat"ı, söyüş söyməməyə çağıran yazarlarımızı aşağılayır, söyüş söyənlərə haqq qazandırır.
Adam elə zənn edir ki, yağışlar yağıb, çatlaqlar örtülüb. Yox, İlqar, Sərdar Cəlaloğlu sənin üzünə elə yağış kimi tüpürdü ki, bu haqqın olan tüpürcək topası üzündən heç zaman silinməyəcək. Üzündə şram kimi qalır əbədi.
Bir qaydadır bu - adətən, üzüşramlılar belə hoppanıb düşür. Az hoppan ay bala, məhkəmənin stenoqramını yayaram, gedib özünü asarsan...”
“Arif Hacılı Rauf Arifoğlunun üzünə niyə tüpürmədi?”

İlqar Altay isə bu yazıya “Arif Hacılı Rauf Arifoğlunun üzünə niyə tüpürmədi?” başlığı altında cavab verib. Yazıdan sitat: “Guya 2003-cü il məsələsində Cəlaloğlu mənim üzümə tüpürüb. Köhnə çürük mövzunu ortaya atmağın bu günkü məsələyə nə aidiyyəti? Və məni heç nədən, bir kəlmə acı söz işlətmədiyim halda üzümə tüpürtdürüb, təhqir edib. Elə isə, qoy bəri başdan deyim...
Rauf Arifoglu, əgər həqiqətən Sərdar Cəlaloğlu mənim üzümə tüpürübsə... (Zəruri redaktə-red.)
Qaldı ki, satqınlıq... Əvvəla, ay ...., yadına gəlir, 17 oktyabr 2003-də, tuthatut vaxtı Mətbuat Klubunda qorxundan əsə-əsə yaxınlaşdın ki, məni tuturlar, necə və hara gizlənim? Mən də dedim gedək yaxında, Xaqani küçəsindəki ofisimin zirzəmisində gizlən, hava qaralanda xəlvətcə Norveç səfirliyinə ötürüm... Sən ən ağır işgəncələr dövrū siçovul kimi səfirlikdə gizləndin, biz isə həbs edildik. Həmin ağır repressiya maşını altında İqbalı İsa Qəmbərə, məni də Sərdar bəyə qarşı ifadə verməyi məcbur etdilər.
Sən "Yeni Mūsavat"ı da satdın. Niyə İsa Qəmbərin təsisçiliyini alandan sonra təsisçi yox, qurucusu kimi adlandın? Çūnki İsa bəydən aralanan kimi sən o qəzeti satdın... Və təsisçi də yazmağa icazə vermədilər sənə filankəslər...
Bəs sonra məhkəmədə, sənin və qalan 7 nəfərin qarşısında nə oldu, ay vicdansız? Mən, vicdanım götürməyib, neçə dəfə hakimlər qarşısında tam imtina etdim ifadədən. Hakimlər narazı, sizlərsə razı qaldınız, sağol dediniz. Sonra dərhal "Azadlıq" qəzeti də "İlqar Altay ifadəsindən imtina etdi" başlıqlı məqalə ilə çıxış etdi. Qəzet arxivdədir, qaldır bax, ay...”
İlqar Altay daha sonra yazır: “Mən müstəqil, öhdəliksiz insan, bir tək ifadəm ilə həmin odlu-alovlu anlarda 1-2 nəfərə müvəqqəti başağrısı gətirdimsə, sən sakit, rahat və məcburiyyətsiz dövr və şəraitdə Müsavat Partiyası və bütün müxalifəti satmağın, İlham Əliyevə təslim olub, Milli Şura, AXCP-yə qara yaxıb, ara vurub, bütün müxalifəti bir-birinə qatmağın, Əvəz Zeynallı, Xədicə İsmayıl və digərlərinin tutulmasındakı rolunla bütün Azərbaycan demokratik düşərgəsini alt-üst etdin...
Daha bir məsələ. Sən Rauf Arifoğlunun o vaxt satqınlığı üzə çıxanda, Arif Hacılı ilə xeyli bərk mübahisəniz oldu Müsavatın qərargahında. O zaman Arif bəy hirslə sən satqının üzünə loxma ilə tüpürmək istəyib, ancaq son anda bu addımı atmayıb. Sonradan izah edib ki, o sifət üçün tüpürcəyimə heyfim gəldi! Bu dəqiqdir... Hələlik bu qədər... İndi davam et, yaz Rauf və cavabını artıqlaması ilə al...”
V.Nəsibov

Şərhlər
Göresen Rauf bu yazılan şerhleri oxuyurmu.
Bu Raufdan cox yazib vaxtimi da almayim.Bir sozle ya O, ya da Mirsahin eyni bezin qiragidir.Sual olunur?Olkede olan vicdanli Jurnalistler niye bunlar haqda susur? Demeli...
allah cəlal əliyevə rəhmət eləsin. o kisi raufun nəyə layiq olduxunu dəfələrlə subut ediləsi sozlər soyləyib.
Yaltaq satqın-dələduzların üzünə bütün millət tüpürsün.Acın ic üzünüzü... sizlər PULDAN ötəri dostunuzu-DÖVLƏTİMİZİ satmaqa hazırsız.
Raufun elə sifətindən onun kim olduğu bəllidir.Onun qəzetinin necə,kimlərin hesabına və vəsaiti ilə çap olundğunu, qəzetindəki materialların məzmununa diqqət etsəniz bir daha müsavat tərəfə baxmazsınız.Müsavatın adı qalıb.Müsavatçılığın heç izi də qalmayıb.Bunun səbəbini Arifoğlundan sorun görək niyə müsavatı bu günə saldılar?
Raufla birlikdə müsavat partiyası da batdı.Onu obrabotka etdikdən sonra müsavat qəzeti ilə iqtidar qəzetlərinin fərqi yox oldu.Təkrar zurnaçılığa başlaı.Ümumiyyətlə zatıqırıq insanların ortaya atılmasında məqsədin milləti çaş-baş salmaq olduğu bəllidir.İnsanları ayıq olmaqdan başqa çarəsi yoxdur.Satğınlar çoxalıb.
RAUF ARİFOĞLU QƏDƏR QƏRBİ AZƏRBAYCANLİLARA POTALOQİ NİFRƏTİ OLAN BİR BAŞQASİNİ GORMƏMİŞƏM. tƏƏSSUF Kİ ONU HƏMİŞƏ ELƏ ONLAR QORUYUR NƏDƏN GORƏSƏN?
bir fakt deyim 2000 ildə gunun səsi qəzetini cap edən vaxt nəsriyata 200 manat borcumuz var idi. bizi nəsriyatdan cixarirdilar. amma musavat qəzetəsinin isə təxminən 10.000 cox borcu var idi. onlara isl soz deyın yox idi. sonra qəzetimizi pocta abunə yazdirmaq isdəyirdik bizə 10 qəzetə imkan verəndə musavata 1000 qəzet abunə edirdilər. bizim qəzet tam yap mudafiə edirdi. bir dəfə əməkdasimizi polis qanunsuz saxlayib bolməyə aparmisdi. onda bir cox qəzetlər bunu yazsa da musavata muraciət etdik rauf qoymadi
Hormetli ve melumatli oxucular, siz Rauf Arifoğlu barede yazirsiniz, amma, eynulla fetullayevi unudubsunuz.
Ay Rauf. Belə işlərin də varmış sənin!
İlqar Altayda Arif ogllu Raufda birinci terbiyye alsinlar ondan sonra bu millete ornek insan olmaga calishsinlar. Ama deyerdim ki Ilqar Altayi tanimasam da, Raufun nece satqin olduguna shahidem
Mən 1962-1992-ci illərdə bir neçə qəzeti demək olar ki, müntəzəm izləmişəm. Mətbuat yeni, güya azad-milli dövrdə tarixi inkar və yozmaqla, populist şüar və iftiralarla zəruri ictimai rolunu itirdi. Mən də inanmadım və oxumuram. Bu günəcən də heç bir məsələ üzrə muzakirə açıb həllə yetirməyib. Milli problemdən belə bəhanələrlə yan keçmə cəhdləri aşkar hiss olunur.
"ekebala" sənin gizli agentura şəbəkəsi ilə bağlılığın hiss olunur.Deyəsən,imzamı izləyirsən.Amma ehtiyatlı ol!Məıni izləyənlərin çoxunu Allah cəzalandırır..
Raufun satğınlığı onun qəzetinin mövzularından,məqallərindən açıq görünür.Bu qəzet Müsavatın adını batırdı,Müsavat partiyasını xalqdan ayırdı və müxalifətdən aralanıb YAP-ın zurnaçısı oldu.
Rəzalət.Azərbaycanın siyasi reallığı.Avropada çiçələnən söyüşün kökləri Azərbaycandadır.Ayıb olsun bu mühiti yaradan zatıqırıqlara. Mentalitetmizi,milli dəyərlərimizi alt-üst edən tərbiyəsizlərə ölüm olsun.
ilqar altay tanimiram amma arifin oxlu raufu taniyiram. 2004 cu ildə həbsdə olanda gətirdilər. əvəl baxirdim sonra dedilər tavuzludu qəbul etdim. cox sohbətlər olub aramizda. nədən ozunə guvənirdi bilmirəm. bildiyim onu hər gun ziyarət edən rəislər var idi. bir sest kimi sapkasini stroyda basindan cixarmazdi və buna da icəze verirdilər bilmirəm niyə. iqbal agazadə kimi ziyaliya olmayan hormət arifin oxluna olduxunu 2008 ildə bildim.
ekebala, son vaxtlar "ayaqyolu" ifadesini cox iwledirsen,sinene duwur ele bil!
Bu rauf hansı sifətlə insanların qarşısına çıxır?Sənin danosların səni həmeşə qarava-qara izləyəçək.
Şəxsi əxlaqla bağlı məsələləri mətbuata çıxarmaq yaxşı deyil.Belə məsələlərdən ayaqyolu iyisi gəlir.
mən bir müsavatçı kimi deyirəm-satıldı rauf arifoğıu.
İnanmıram kimsə indi müsavat oxuya.
Qatix,ayran,suzme,wor,qurud,itin yal qabi ve s,ve i.