Menu

Çin HHQ döyüş təlimləri keçirəcək - Sakit okeanın qərbində

25.03.2018, 17:47

00cin_ordusu_260704578«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Xalq-Azadlıq ordusunun hərbi-hava qüvvələri (XAO HHQ) Sakit okeanın qərb hissəsində keçirəcəyi təlimlərdə çoxsayı döyüş təyyarələrini, o cümlədən, N-6K bombardmançılarını və Su-30 qırıcılarını hərəkətə gətirəcək. Bu barədə Çin Xalq-Azadlıq ordusu HHQ-nin rəsmi nümayəndəsi Şen Tszinke xəbər verib.

«HHQ müxtəlif tipli təyarələri, o cümlədən, Xun-6K və Su-30 təyyarələrini döyüş təlimlərinə göndərəcək - onlar Miyako boğazı üzərindən uçacanlar» - ÇXR müdafiə nazirliyinin saytında dərc olunmuş bəyanatda belə deyilir.

Döyüş təyyarələri həm də Cənubi-Çin dənizi akvatoriyası üzərindən uçacaqlar və birgə patrul xidmətini məşq edəcəklər. Çin HHQ nümayəndəsinin sözlərinə görə, təlimlər HHQ-nin öz missiyasını yerinə yetirmək və döyüş qabiliyyətini yükçəltmək istiqamətindəki praktik fəaliyyətindən ibarət olacaq.

Çinli hərbçi qeyd edib ki, HHQ «yeni dövrdə tarixi əhəmiyyətini yadda möhkəm saxlayır» və açıq okeanda təlimlərin keçirilmsinin strateji mənzərəsini, Cənubi-Çin dəizində paptul xidmətinin keçirilməsini genişləndirəcək. O, bildirib ki, HHQ dövlət suverenliyini, milli təhlükəsizliyi qətiyyətdə qoruyacaq və Çinin dinc şəraitdə inkişafının qarantı olacaq.

Təlimlərin konkret nə vaxt keçiriləcəyi və nə qədər davam edəcəyi barəqə dəqiq məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol