Dünyanın ən böyük neft alıcısı Çin qiymətlər üzərində daha çox güc sahibi olmaq istəyir.
"Marja" xəbər verir ki, Çin, ABŞ və Avropa qiymətlərinə (WTI və Brent) rəqib olacaq ilk xam neft fyuçerslərinin əməliyyatına başlayıb.
Şanxay Beynəlxalq Enerji Birjasında təqdim olunan yuanla neft fyuçers müqavilələri uzun zamandır gözlənilirdi; Sentyabr tarixli müqavilə yerli saat ilə 11:30-da bareli 432.3 yuandan (68.47 dollar) əməliyyat görməyə başlayıb.
Xarici sərmayədarlara açıq olan neft fyuçersləri, 1993-dəki ilk cəhddən bəri təxirəsalmalardan sonra həyata keçib.
Dollarda ifadə olunan Sentyabr tarixli iki qlobal göstərici Londonda Brent nefti və Nyu-Yorkda WTI nefti müvafiq olaraq 68.38 dollar və 64.06 dollardan əməliyyat olunub. Çində isə müqavilə erkən əməliyyatlarda WTI neftindən təxminən 4 dollar yüksək qiymətdən alıcı tapıb.


Şərhlər