Menu

Yerevanda avtomobili faşist Qaregin Njdenin abidəsinin üstünə sürüblər

26.03.2018, 15:25
Yerevanda avtomobili faşist Qaregin Njdenin abidəsinin üstünə sürüblər

Yerevanda avtomobil faşist rejiminin əlaltısı Qaregin Njdenin abidəsinin postamentinə çırpılıb.

Trend-in məlumatına görə, səhər saatlarında 31 yaşlı Yerevan sakini Marqarita Asatryan idarə etdiyi "Mercedes" markalı avtomobillə yoldan kənara çıxıb, maşın Q.Njdenin abidəsinin postamentinə çırpılıb.

Qəza nəticəsində qadın sürücü xəsarət alıb.

Xatırladaq ki, bundan əvvəl Sünik vilayətində faşist rejiminin əlaltısı olmuş Q.Njdenin abidəsini güllələmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol