Menu

RUSİYA DİPLOMATLARI KÜTLƏVİ ŞƏKİLDƏ QƏRBDƏN QOVULUR - Siyahı

27.03.2018, 10:50
RUSİYA DİPLOMATLARI KÜTLƏVİ ŞƏKİLDƏ QƏRBDƏN QOVULUR  - Siyahı

ABŞ, Kanada və Aİ ölkələri ilə yanaşı, daha bir neçə dövlət Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar rus doplomatlarını ərazisindən çıxarır. Bu həftə ərzində ümumilikdə 106 rusiyalı diplomat iş yerini tərk etməlidir.

Bundan əlavə, daha 12 rus diplomatı BMT yanındakı nümayəndəlikdən qovulacaq. Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, "Skripal işi"nə görə, rus diplomatları ümumilikdə 14 ölkəni tərk edəcəklər. Tusk əlavə tədbirlərin görüləcəyini və digər qovulmaların da olacağını istisna etməyib.

ABŞ istisna olmaqla, Kanada rus diplomatlarını ərazisindən çıxaran Aİ üzvü olmayan yeganə ölkədir.Qeyd edək ki, "Skripal işi" ilə əlaqədar rus diplomatlarını ərazilərindən çıxaran dövlətlər bunlardır:

ABŞ – 60

Kanada - 4

Fransa – 4

Polşa – 4

Ukrayna – 13

Estoniya – 1 (hərbi attaşe)

Litva – 3 diplomat, 2 hərbi attaşe

Danimarka – 2

Latviya – 1 diplomat və “Aeroflot”un 1 əməkdaşı

İtaliya – 2

Niderland – 2

Almaniya – 4

Çexiya – 4

Finlandiya – 1

Rumıniya - 1

Xorvatiya – 1

İsveç – 1

Norveç – 1

Albaniya - 2

İspaniya – 2

Macarıstan – 1

Böyük Britaniya – 23 (Ötən həftə çıxarılıb).

Slovakiya, Sloveniya, Portuqaliya, Malta, Lüksemburq, Kipr, İrlandiya, Yunanıstan, Bolqarıstan, Belçika və Avstriyanın da rus diplomatlarının ölkədən çıxarılması ilə bağlı qərar verəcəyi gözlənilir.

Şərhlər

Memmed 2018-03-27 10:50:57

Allah sene rehmet elesin Veda Quluzade,sen necede uzaq gören insan idin

t.ədalət 2018-03-27 10:50:57

Avropa Dağlıq Qarabağ deyil ki,istədiyini yapasan.İnşəllah,rus ordusu DQ ərazisindəın də tezliklə çıxar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol