Menu

Matç zamanı ürəyi dayanan amerikalı basketbolçu Zek Apşou vəfat edib

27.03.2018, 00:20
Matç zamanı ürəyi dayanan amerikalı basketbolçu Zek Apşou vəfat edib

Amerikanın "G" liqasında mübarizə aparan "Qrand-Rapids" komandasının basketbolçusu Zek Apşou martın 26-da vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Milli Basketbol Assosiasiyasının (NBA) saytı məlumat yayıb.

Qeyd edək ki, martın 24-də, "Qrand-Rapids"in "Detroyt Pistons"la matçı zamanı onun ürəyi dayanmışdı. "Klinikada tibb heyətinin səylərinə baxmayaraq Zek 11:16-da bizi tərk etdi", - deyə açıqlama bildirilir.

Açıqlamada qeyd edilib ki, onula vida mərasiminin təfərrüatı barədə sonra məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol