Menu

5 yaşlı qızın meyiti tapılıb

27.03.2018, 14:38
5 yaşlı qızın meyiti tapılıb

Gəncədə su kanalında batan azyaşlının meyiti tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 5 yaşlı Selcan Ağayevanın meyiti su kanalının Gəncənin Poçt qəsəbəsi ərazisindən keçən ərazisində tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, martın 24-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonu ərazisindən keçən kanalda azyaşlının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol