Menu

Sürücüsü qadın iş yoldaşını güllələyib - YENİLƏNİB

28.03.2018, 16:33
Sürücüsü qadın iş yoldaşını güllələyib - YENİLƏNİB

Naftalan rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə "Sehirli Naftalan" sanatoriyasında baş verib.

Belə ki, sanatoriyada qeydiyyatçı vəzifəsində çalışan G.İsayeva ilə həmin sanatoriyada sürücü vəzifəsində çalışan Hüseynov Əli Hüseyn oğlu arasında müştəri üstündə mübahisə yaranıb. Mübahisə zəminində Ə.Hüseynov ov tüfəngi ilə qadını qarın nahiyəsindən güllələyərək yaralayıb. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

* * *

Naftalan sakini güllələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, Naftalan sakini olan qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının kimliyi, hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol