Menu

Gəncə sakini özünü yandırıb

29.03.2018, 09:27
Gəncə sakini özünü yandırıb

Gəncə sakini ağır yanıq xəsarəti alıb.

APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Suleymani Əli Fərhad oğlu bədən səthinin 99% yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Ə.Suleymani intihar məqsədi ilə üzərinə benzin tökərək alışdırıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol