Menu

“Azercell”in transformatorunu təmir edən mühəndisi cərəyan vuraraq öldürüb

29.03.2018, 10:51

azercellesasssss“Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan şəxs bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un xəbərinə görə, hadisə Yardımlı rayonunun Zevin kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə quraşdırılan “Azərcell” MMC-yə məxsus transformatorda təmir işləri aparan mühəndis, 1975-ci il təvəllüdlü Quliyev Xasay Ağakərim oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, X.Quliyev “Loginet” şirkətinin əməkdaşı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol