Menu

"Bakıda yaşayan ermənilərlə heç bir konflikt yoxdur" - PA rəsmisi

29.03.2018, 11:18
"Bakıda yaşayan ermənilərlə heç bir konflikt yoxdur" - PA rəsmisi

"Ermənistandan fərqli olaraq Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur".

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin kilsədə 5000-ə yaxın erməni ədəbiyyatı dövlət tərəfindən qorunub saxlanılır: "Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi tədbirlər və bizim ölkənin siyasəti arasındakı fərqi aşkar şəkildə görürük".

PA rəsmisi əlavə edib ki, Bakıda çox sayda erməni yaşayır və onlarla heç bir konflikt yoxdur: "Qardaş Türkiyədə də çox sayda erməni kilsəsi fəaliyyət göstərir və qorunur".

O, bir daha xatırladıb ki, ermənilərin həyata keçirdiyi soyqırım zamanı Azərbaycanın bir çox tarixi abidələri, məscidləri dağıdılıb: "1990-cı illərin əvvəllərində proseslər davam edib. Bu bir daha ermənilərin azərbaycanlılara qarşı soyqırım miqyasını və mahiyyətini açıq şəkildə ifadə etmiş olur. Ermənilər fikirlər səsləndirirlər ki, guya orada bəzi məscidlərimiz fəaliyyətini davam etdirir, lakin biz orada olan məscidlərimizin hansı məqsədlə istifadə olunduğunu bilirik".

Şərhlər

t.ədalət 2018-03-29 11:18:33

Mən, bu yazını oxuyanda xəcalət çəkdim.Əsrin əvvəlindən üzü bəri on minlərlə Azərbaycan vətəndaşını qətlə yetirən,bunu milli uğur kimi göstərən erməniyə hayan olmaq,əksimizə olan kitablarını qoruyub saxlamaq,ancaq nadanların və erməniyə qohum olanların əməli ola bilər.İlin-günün bu vaxtında- cəbhədə ermənilərin balalarımızın qanını axıtdığı bir vaxtda,görəsən,belə bir yazı hazırlamaq nə məqsədi güdür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol