Menu

ABŞ tezliklə Suriyanı tərk edəcək - TRAMP

30.03.2018, 09:08
ABŞ tezliklə Suriyanı tərk edəcək  - TRAMP

İŞİD terror qruplaşması darmadağın edildikdən sonra ABŞ Suriyanı tərk edə bilər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

“Biz İŞİD-i məhv etməkdəyik, biz tezliklə Suriyanı tərk edəcəyik. İndi qoy başqaları bunun qayğısına qalsın. Biz isə öz ölkəmizə qayıdacağıq”, - deyə Tramp qeyd edib.

“İŞİD zəbt etdiyi ərazilərin 100 faizində nəzarəti itirəcək”, - deyə Tramp əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol