«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Amerika Birləşmiş Ştatlarını (ABŞ) ticarət sferasında ikitərəfli münasibətlərin gələcəkdə də pisləşməsinə gətirib çıxaracaq tədbirlərdən imtina etməyə çağırıb. Bu barədə brifinqdə ÇXR Kommersiya Nazirliyinin (KN) pəsmi nümayəndəsi Qao Fen bəyan edib.
«Əks təqdirdə, ABŞ özü qazdığı quyuya tuş gələcək» - deyə, nazir bəyan edib.
«ABŞ-ın polad və alüminiuma yeni tariflər tətbiq etməsindən sonra, Çin hansı cavab tədbirləri görmək niyətindədir?» - sualına cavab verərkən, Qao Fen bildirib ki, Çina artıq kontr-tədbirlərin siyahısını dərc edib - əgər ABŞ tərəfi ilə razılığa gəlinməsə, tətbiq olunacaq. İctimaiyyət, o cümlədən müxtəlif nazirliklər və biznes-dairələr tərəfindən təkliflərin qəbulu üçün ayrılmış müddət başa çatdıqdan sonra, bu tədbirlər barədə məsləhətləşmələr başlayacaq.
«Təklif və şərh vermək üçün ayrılmış müddət martın 31-də başa çatır. Bundan sonra biz, bütün fikirləri nəzərə alaraq, analiz edəcəyik və bundan sonra vaxtında hansı tədbirlərin görüləcəyi barədə rəsmi bəyanat dərc edəcəyik» - Qao Fen bəyan edib.
«Biz, ticarət müharibəsi istəmirik. Çin hazırda bütün dünyada həmkarlıq münasibətlərini inkişaf etdirir, beynəlxaq münasibətlərin yeni modelinin - bütün dövlətlərin maraqlarını nəzərə alan əməkdaşlıq modelinin - yaradılması üçün bütün səyləri göstərir. Acaq biz, ticarət müharibəsindən qorxmuruq. Biz, öz iradəmizi başqalarına sırımırıq. Biz, heç bir halda öz qanuni hüquqlarımızdan imtina etməyəcəyik - bütün üsullarla, bütün mümkün tədbirlərlə onları müdafiə edəcəyik» - deyə, Çin nümayəndəsi əlavə edib.
Qao Fen bildirib ki, ABŞ tərəfindən Çinə qarşı qəbul edilmiş tədbirlər ticarət proteksionizminin tipik nümunəsi, «soyuq müharibə mentalitetinin əks-sədasıdır».


Şərhlər