Menu

Yanacaqdoldurma məntəqəsinin qarşısında qanlı olay - Ölən var

14.07.2014, 10:44
Yanacaqdoldurma məntəqəsinin qarşısında qanlı olay - Ölən var

Bakı şəhərində kişi meyiti tapılıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz, meşə massivində qeydə alınıb.

Qeyd olunan ərazidə ürək nahiyəsindən bıçaq xəsarətləri almış naməlum şəxsin meyiti tapılıb. 25-30 yaşlarında olduğu güman edilən şəxsin kimliyi və cinayəti törədənin tapılması istiqamətində iş aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol