“Kütləvi informasiya vasitələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsinə dair məlumatlar yayılıb. Mən şəxsən hadisənin təfərrüratları, necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər bir halda hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir”.
Bunu Mətbuat Şurasının Şurasının sədri Əflatun Amaşov bildirib.
O əminliklə bildirib ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək.


Şərhlər
Hər il Cənab Prezidentin təşəbbüsü ilə yeni bina tikilir, jurnalistlərə mənzillər hədiyyə edilir.Dövlət jurnalistlərə öz peşə fəaliyyətlərini yerinə yetirmək üçün böyük qayğı göstərir.Ramiz Məmmədov öz çıxışı ilə həm də hökumətin bu təqdirəlayiq fəaliyyətinə kölgə salmağa çalışır. Belə abırsız çıxışı onun ölkədə gedən proseslərdən tamamilə kənarda qaldığına,eyni zamanda,çalışdığı sahədə piyada olduğuna bir işarədir..
BOYUNUN QADASİN ALSİN YANİNDAKİLAR ....
Elmlər akademiyası əsasən bir bölgə insanlarından qohumluq,kirvəlik əsasında toplandığından onlar kimdən ehtiyat etməlidirlər? Nə adı ( akademik,professor.elmlr doktoru.namizədi ) istəsəniz orada çoxlu sayda var.Bəs nəticə? Nə elm var,nə nəticə,nə yeni araşdırma.Hər şey köçürmə,oöurlama.
Ölçü götürüb, təzə kostyum tikəcəklər?..