Menu

Sumqayıtda 3 yaşlı uşağın üzərinə qaynar su dağılıb

02.04.2018, 20:59
Sumqayıtda 3 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıt şəhərində 3 yaşlı qız uşağı yanıq xəsarətləri alıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Səma Mehman qızı İsmayılovanın üzərinə qaynar su dağılıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Müayinə və müalicəsi həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol