Menu

“Bakıda qəbir yerləri üçün 63 manat rüsumdan başqa ödəniş tələb olunmur” - Rəsmi açıqlama

03.04.2018, 09:46
“Bakıda qəbir yerləri üçün 63 manat rüsumdan başqa ödəniş tələb olunmur” - Rəsmi açıqlama

“Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Ələt daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.

S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur: “Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin "Qaynar xətti"nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”.

Şərhlər

t.ədalət 2018-04-03 09:46:11

Hazırkı minimum pensiya məbləği ilə 63 manat uyğun gəlmir.Öz pensiyası ilə ət alıb yeməyə məhrum qalmış qocaların bu qədər qəbir yeri pulu ödəyə bilməsi absurddur.Hazırda hər şeyi pullu edən dövlətin ölüdən də nəsə umması vətəndaşlara qarşı bir hörmətsizlikdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol