Menu

Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə ölüb

03.04.2018, 12:15
Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə ölüb

Bakıda məhkum xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.

Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. R. Hüseynov 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. O, həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol