Menu

"Rusiyada oliqarx yoxdur" - Peskov

05.04.2018, 13:44
"Rusiyada oliqarx yoxdur" - Peskov

"Rusiyada oliqarx yoxdur. Onların mövcud olduğu dövrlər keçib".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, jurnalistlərin suallarını cavablandırarkən "rusiyalı oliqarxlar" ifadəsini yersiz saydıqlarını söyləyib.

Qeyd edək ki, ABŞ-ın bəzi rusiyalı oliqarxlara sanksiya tətbiq edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol