Menu

3 yaşlı uşaq dərmandan ölüb

05.04.2018, 19:11
3 yaşlı uşaq dərmandan ölüb

Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Uşağın dərmandan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol