Menu

Özbəkistanda avtomobil qəzası nəticəsində səkkiz nəfər həlak olub

05.04.2018, 20:52
Özbəkistanda avtomobil qəzası nəticəsində səkkiz nəfər həlak olub

 

Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkənin Cizzak vilayətinin Paxtakor rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cizzak-Qaqarin magistral yolunun 49-cu kilometrində iki minik maşınının toqquşaraq yanması nəticəsində səkkiz nəfər yerindəcə həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol