Menu

Qırğızıstan Özbəkistana nota verib

07.04.2018, 17:59
Qırğızıstan Özbəkistana nota verib

Qırğızıstan Özbəkistanla sərhəddə baş vermiş hadisə ilə əlaqədar özbək səfirə nota təqdim edib. Modern.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Qırğızıstan vətəndaşının Özbəkistanla sərhəddə güllələnməsi ilə əlaqədar Özbəkistan səfiri Qırğızıstanın Xarici İşlər Nazirliyinə çağrılaraq, hadisə barəsində məlumatlandırılıb və ona nota təqdim olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Qırğızıstan sərhədçiləri Özbəkistanla sərhəddə öz vətəndaşlarının digər tərəfin sərhədçiləri tərəfində odlu silahla vurulduğunu bildirib. Vurulan şəxsin həmin an Qırğızıstan ərazisində olduğu bildirilir. Həmin şəxs xəstəxanada vəfa edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol