Menu

Neftçalada yaşlı kişini maşın vurub

08.04.2018, 14:23
Neftçalada yaşlı kişini maşın vurub

Neftçala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un Aran bürosu xəbər verir ki, 1956-cı il təvəllüdlü yerli sakin Rəhimov Yavər Talış oğlu rayonun Şorkənd kəndi ərazisində yol ilə gedərkən naməlum minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarəti alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol