Menu

ABŞ milli qvardiyası Meksika sərhədinə cəmləşir

08.04.2018, 17:57
ABŞ milli qvardiyası Meksika sərhədinə cəmləşir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) milli qvardiya bölmələri Meskika səhədinə doğru hərəkətə keçib.

«Qvardiya qüvvələrinin ilk bölmələri Meksika sərhədinə göndərilir» - deyə, Pentaqonun başçısı Ceyms Mettislə daxili təzlükəsizlik naziri Kristen Nilsenin birgə bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, milli qvardiya daxili təhlükəsizlik departamenti tərəfindən aşkar olunmuş daxili təhlükəsizliyin zəif istiqamətlərilə məşğul olacaq və «sərhəd boyu ştatların qubernatorları ilə yaxından əməkdaşlıq edəcək».

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Meksika ilə sərhəd bölgələrinə 2-4 min milli qvardiya hərbçisi göndərmək niyyətindədir. Onlar divar tikintisi başa çatana qədər ərazidə qalacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol