Menu

“Aslan”ın Allahverdi çıxmaqlığı

09.04.2018, 11:11
“Aslan”ın Allahverdi çıxmaqlığı

Mürvət HƏSƏNLİ

Bu günlərdə Azərbaycan jurnalistikasının ən oxunaqlı imzalarından olan Taleh Şahsuvarlı uzun illərdir özünü cəmiyyətə “Aslan” adı ilə tanıtmış məlum şəxsin gerçək adını açıqladı. Sənədlə, sübutla təsdiq olundu ki, valideynləri ona “Allahverdi” ismini layiq biliblərmiş, ancaq Allahın yaratdığı məxluq Allahın adını bəyənmərək özünü meşənin, cəngəlliyin kralı sayılan heyvanla eyniləşdiribmiş.

Tanınmış jurnalist bu barədə verdiyi açıqlamada haqlı olaraq ad, soyad və ata adının dəyişdirilməsinin sovet dövründə də qanunlara zidd olmadığını vurğulayaraq Allahverdinin özünə “Aslan” adını qoymaqlığının sosial-psixoloji təməllərinə toxunmuşdu. Bu barədə mən də qısaca olaraq maraqlandım və rastıma bir çox məqalələr çıxdı.

Bu məqalələrin biri Türkiyəyə məxsus ailə və uşaq saytlarında yayılmışdı. Orada yazılırdı ki, daşıdığı adın fonetik melodiyasının bir fərddə narahatlıq doğurması və psixologiyasında mənfi izlər qoyması onun bütün həyatına təsir edir. Bu da təsadüfi deyil. Çünki hər insanın həyatda ən çox eşitdyi kəlimələrdən biri məhz onun adıdır. Normal vəziyyətdə bu kəlimə, yəni insanın adı nə qədər çox təkrar edilirsə, insanda o qədər müsbət ovqat yaradır. Lakin adını bəyənməyən insanlar üçün məsələ eyni cür deyil və tamamilə əks psixoloji reaksiyalar doğurur. Ona görə də psixoloqlar hesab edir ki, hər insan öz adının zəngini və ya qurbanıdır. Məsələn, boysuz-buxunsuz, arıq, çəlimsiz bir uşağa qoyulan “Qəhraman” adı bütün ömrü boyunca onu öz adını doğrultmaq kompleksinə məhkum edir, həddini aşmağa və mənasız risklərə sürükləyir. Bu baxımdan qısa araşdırma zamanı yaranan suallara cavab almaq məqsədi ilə bir psixoloq tanışıma zəng etdim. Onun dediklərini indi sizinlə də bölüşmək istəyirəm.

Psixoloq tanışım öncə ona aydınlıq gətirilməsini zəruri saydı ki, Allahverdi İsmayılov öz adından niyə imtina edib? Onun fikrincə, konkret səbəb nə olur-olsun məsələnin ümumi izahı Allahverdinin öz adından xoşlanmaması faktına bağlıdır: “Ona görə də biz psixoloqlar belə problemlər yaşayan pasiyentlərdən həmişə valideynlərinin ona qoyduqları adın real şəxsiyyəti ilə hansı ziddiyyətlər yaratdığını soruşuruq. Çünki bu, həmin şəxsdə şəxsiyyət ikiləşməsi kimi ciddi psixi pozuntular da yarada bilər”.

Psixoloq dostumuz yeniyetməlik çağında Allahverdi İsmayılovun ciddi sarsıntılar keçirməsini tam mümkün hesab edərək daha sonra onu qeyd etdi ki, seçdiyi yeni adla o, əslində öz içindəki yırtıcılığı, insanlara nifrətini və xüsusən də valideynlərinə qarşı aqressiyasını ifadə edib. “Çox güman ki, Allahverdinin daxilində həmişə valideynlərinə və çevrəsindəki digər insanlara qarşı qəzəb olub. Bu qəzəb onu həmişə bütün insanlara qarşı amansız mövqe tutmağa, onların üstünə hücum etməyə, necə deyərlər, didib-parçalamağa hazır vəziyyətdə saxlayıb . Allahverdi həmişə öz potensialından üstün iddialarla yaşayıb”- psixoloq mövqeyini belə bölüşdü.

Psixoloqla söhbətimi burada kəsib, vaxtilə hüquq-mühafizə orqanlarda çalışmış bir dostumun da bu hadisəyə münasibətini sizlərin diqqətinə çatdırmaq istəyirəm. Hüquq-mühafizə orqanlarından polkovnik rütbəsində təxris olunmuş həmin dostum diqqəti Aslan İsmayılovun doğulduğu yerlə bağlı da müxtəlif zamanlarda müxtəlif məlumatlar yaydığına diqqət çəkir: “Bilinmir bu adam Gürcüstan, yoxsa Azərbaycan ərazisində dünyaya gəlib. Üstəlik, adı da dəyişdirilib. Əlimdə konkret faktlar olmadığından qəti fikir bildirmək istəmirəm. Amma ola bilər “Aslan” adı ona məhz Sovet DTK-sı tərəfindən verilib. O zamanlar DTK-nın fəaliyyətində belə hallar olurdu. DTK müxtəlif zavod və fabriklərdə çalışan gəncləri “verbovka” edir, onları oxudur və yüksək vəzifələrə qalxmasına kömək edirdi. Ancaq bunun üçün ad dəyişdirməyə həmişə ehtiyac duymurdu. Əgər Aslan İsmayılovun adı doğrudan da məhz DTK tərəfindən dəyişdirilibsə, bu onu göstərir ki, cəlb edilmiş agentlə bağlı həmin orqanın uzunmüddətli planları olub. Ola bilər əvvəlcə xaricə göndərmək istəyib, lakin hər hansı səbəbdən Aslan bu plan üçün yararsız olduğundan onu Azərbaycana ezam edib”.

Aslan İsmayılovun Sumqayıt hadisələri zamanı, yaxud ondan sonrakı dövrlərdə ictimai-siyasi fəaliyyətini izləyəndə nə psixoloq, nə də polkovnik dostumuzun söylədiklərini tamamilə bir qırağa qoymaq olmur. Fikir verin, bir neçə dəfə Azərbaycanda keçirilmiş parlament seçkilərinə qatılan Allahverdi utanıb-qızarmadan, gözünün içinə qədər ağ yalan danışaraq heç zaman siyasi iddiasının olmadığını bildirir. Çox asanlıqla yalan danışmağı, həqiqətləri təhrif etməyi, şər-böhtan atmağı bacarması hər halda onun məhz təxribatçı kimi yetişdirilməsinə də güman yaratmaya bilmir. Kiminsə seçkilərə qatılması, siyasi iddialarla çıxış etməsi qəbahət deyil. Azərbaycan demokratik ölkədir və bir dövlət olaraq hər kəsin siyasi haqlarına hörmətlə yanaşır. Ancaq hər kəs bilməlidir ki, siyasət dənizinin limanı əxlaqdır. Allahverdi İsmayılov Azərbaycan siyasətinə şou-biznes əxlaqı gətirmiş adamdır.

Bilirsiniz ki, şou-biznesin bəzi nümayəndələri arasında boşanmaq, cins və imic dəyişdirmək kimi özünə səhnə adı qoymaq da dəbdir. Səhnə adı “Aslan”a çevrilmiş Allahverdi İsmayılov isə ictimai-siyasi fəaliyyəti ərzində dəfələrlə iqtidardan və müxalifətdən “boşanıb”. Lakin şou-biznes əhli heç olmasa boşananda boşandığını, cinsini və imicini dəyişəndə isə cinsini və imicini dəyişdiyini etiraf edir. Məsələn, müğənni Xatun Əliyeva ekrandan açıq-aşkar bəyan etmişdi ki, onun əsl adı “Nərgiz” imiş, ancaq səhnə üçün özünə yeni ad seçib. Ancaq ciddi siyasi yazarların nərgiz xəstəliyinə tutulduğunu qeyd etdiyi səhnəmizin Aslanının bir xatun qədər cəsarəti çatmır deyə ki, öz adını hansı səbəblərdən dəyişib.

Yaxşı bilirsiniz ki, KİV azadlığı vətəndaşların məlumat almaq haqqına əsaslanır. Xalqın və cəmiyyətin duruş formasından asılı olmayaraq göz önündə olan bütün şəxslərlə bağlı məlumat almaq haqqı var. İstər bizim yerli qanunlarda, istərsə də Avropa İnsan Haqları bəyannaməsində və müvafiq məhkəmə qərarlarında bu barədə geniş danışılır. Əgər haqqında bir iddia ortaya qoyulubsa, sənəd-sübut yayılıbsa özünə və cəmiyyətə hörmət edən siyasətçinin, ictimai şəxsin işi etik çərçivədə ona münasibət bildirməkdir. Virtual arenanın bir xatun qədər cəsarəti olmayan, amma hüquqdan, azadlıqdan danışanda ağzına çullu dovşan yerləşməyən aslanı isə belə bir münasibət ortaya qoymaq əvəzinə jurnalistləri, saytları, qəzetləri öz peşə fəaliyyətindən uzaqlaşdırmaq üçün şantaj edir, trollara söydürür. Bu trolların əhəmiyyətli bir qismi isə ermənilərdir. “Emre Piliç” şirkətinin qurucuları olan erməniləri müdafiə etməsinin qarşılığında, eyni zamanda Azərbaycan cəmiyyətində emosional gərginlik yaratmaq üçün Ermənistan kəşfiyyatının trolları Allahverdi İsmayılova tərif yağdırırlar.

Əziz oxucular, çox xahiş edirəm, bu məsələyə xüsusi diqqət yetirəsiniz. Allahın yaratdığı bu məxluq dədəsinin ona qoyduğu “Allahverdi” adı ilə yaşaya bilmədi, ictimai-siyasi mühitdə öz mövcudluğunu özünə qoyduğu adla da sürdürə bilmədi, hərə bir canlının adını yaraşdırdı ona. Hüquqşünas həmkarları ilə küçə söyüşlərinin müşayiəti ilə polemikaya girdi, qarşısına təkzibedilməz faktlar qoyub sındırdılar. Hüquq-mühafizə orqanlarında qərar tuta bilməyib, Prezident Aparatından qovulub, vəkillikdən xaric edilib. Hüquqşünasa baxın ki, qorxusundan Hafiz Hacıyevin qarşısına çıxa bilmir məhkəmədə. Müasir Müsavat Partiyası sədrinin sözü olmasın, beləsinə “Allahvurmuş” deməyəsən, nə deyəsən?

Özünün dediyinə görə, vaxtıilə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ağzının üstünə bir sillə çəkiblər. İndi də kimin bostanına daş atırsa, obrazlı desək, ağzının üstündən qapaz vurulur. Azərbaycanın yüksək mövqe tutan məmurlarına, nazirlərinə uzatdığı dili silsilə araşdırma yazıları ilə Taleh Şahsuvarlı kəsdi. Cəsarətlə ortaya çıxıb “bəli, bu mənəm” deyə, öz keçmişini müdafiə edə bilmədi. Başqa bir yöndə girdiyi səngər Eynulla Fətullayevin bir yazısı ilə darmadağın oldu. “Yeni Müsavat” qəzetini və qəzetin internet versiyasını gözdən salmaq istədi, Rauf Arifoğlu və Azər Ayxan yüksək peşəkarlıqla İrandan- Qumdan yönəldilən saytlara sığındığını üzə çıxardılar. Millət vəkili Qüdrət Həsənquliyevə çamur atdı, Elçin Mirzəbəyli, Niyaməddin Orduxanlı, Əli Həziquliyev ağzının payını verdi. Etibar Məmmədova, İlyas İsmayılova, Rasim Musabəyova və digər siyasət adamlarına, deputatlara ağıl vermək, yol göstərmək istədi, anında ən sərt formada cavabını alaraq riyakarlığı və satqınçılığı üzünə vuruldu. İştirak etdiyi hər seçkidə hörmətli deputat Adil Əliyev onu elə acınacaqlı günə salır ki, abrı-həyası olsa, bir də cəmiyyətin qarşısına çıxmaz. Özünü hansı söhbətə atırsa, etdiyi dələduzluq faktları qarşısına qoyulur. Kim bilir, bəlkə elə adını dəyişməsi də dələduzluqla bağlıdır? Axı, bayaq adını çəkmədiyim polkovnik dostumun da söylədiyi kimi, böyük, yaxud kiçik çapda cinayət törədənlər də addəyişmə taktikasından istifadə edir!..

Hələ ola bilər səhnədəki adı “Aslan” qoyulmuş Allahverdi ismini bir də dəyişsin. Çünki mənə şər və böhtan atdığı, işgüzar nüfuzuma xələl gətirməsi Səbail rayon məhkəməsinin qərarı ilə təsdiq edilib və həmin qərarı yerinə yetirməmək, üzr istəməmək üçün yollar, üsullar arayır. Üzrü isə məndən mütləq istəyəcək! Əks halda məhkəmə qərarlarını yerinə yetirmədiyi üçün dəmir barmaqlıqlar arasında ona qoyulacaq adı fikirləşməlidir.

Şərhlər

Məhəmməd 2018-04-09 11:11:28

Ad ,soyadların dəyişdirilməsi millətin genefonduna da ziyan törədir.Belə ki, 1988-dən sonra Azərbaycanda yaşayan ermənilərin çoxu Şaqen-Şahin oldu, Qarik-Qərib,Qüdrət oıdu, Allahverdiyan-Allahverdiyev oldu və s.İndi axtarsanız belələrinə Bakıda rast gəlmək olar(kim öncədən tanıyırdısa daha doğrusunu bilir).Bu böyük yanlışlıqdır.Bəlkə indi də Azərbaycan rəhbərliyində ad dəyişmə prosesindən faydalananlar var.Bu məsələdə diqqətli olmalıyıq ki,bu metodla mənfur düşmənlərimiz içərilərimizə soxulub provokasiya

İlham 2018-04-09 11:11:28

Bu boyda məqalə yazırlar, məqalə sadəcə iki cümlədən ibarətdir.Adam adını dəyişdirib, Allahverdini Aslan yazdırıb.Qanunla da bu qadağan edilmir, bunu hər bir adam edə bilər. Yəni Mürvət, Taleh adını dəyişib Məmmədhəsən və ya Gülçatay qoya bilər. Bunun kimə nə dəxli var?

Tornaçı 2018-04-09 11:11:28

Görən bu aslancikin daha nə sirri var? kişidə sirr qoymadınız...

G.M 2018-04-09 11:11:28

Aslan İsmayılov və Əli Kərimov gör neçə imkansız jurnalist və bacarıqsız ``iş adamı`` ailəsini dolandırırlar.Neçə-neçə ayaqqabısı cırığ cəbhəçini Deputat,Büdcədən maliyələşən QHT sədri eliyiblər.

pensioner 2018-04-09 11:11:28

Bu adam deyəsən "Azpolitika" ilə "Yeni musavat"ı arendaya götürüb...

oxucu 2018-04-09 11:11:28

Bu yerdə deyiblər, a kişi, sizin işiniz-gücünüz yoxdur? Nə tökülmüsüz Aslanın üstünə? iz də onkoloji mərkəz haqda bir yazı verin bacarsanız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol