Menu

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb

09.04.2018, 19:35
Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb

Azərbaycanlı hakim Rza Məmmədov UEFA tərəfindən təyinat alıb.

"Report"un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, FİFA referi köməkçisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək.

Qeyd edək ki, qarşılaşmalar mayın 4-dən 20-dək İngiltərədə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol