Menu

Metro qəzasında ölü sayı 20-yə çatdı - Matəm elan olundu

15.07.2014, 17:05
Metro qəzasında ölü sayı 20-yə çatdı - Matəm elan olundu

Moskva metrosunun "Slavyan bulvarı" və "Qələbə parkı” stansiyaları arasında baş vermiş qəzada ölənlərin sayı 20-yə çatıb. Lent.az-ın məlumatına görə, bu barədə qəza ilə əlaqədar yaradılmış istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib: “Ən azı 20 nəfər həlak olub. İstənilən texnogen qəzanın arxasında konkret insanlar durur. Ona görə də yaxın vaxtlarda bu qəzanın baş verməsində şübhəli olanların da olacağı istisna deyil”.

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin 16 iyulu Rusiya paytaxtında matəm elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol