Menu

50 minə yaxın rusiyalı hərbçi döyüş təcrübəsi qazanıb - ŞOYQU

11.04.2018, 10:57

soyqu«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Suriyadakı hərbi əməliyyatlarda 48 mindən artıq Rusiya hərbçisi döyüş təcrübəsi qazanıb, onların 14 min nəfəri dövlət təltiflərinə layiq görülüb. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin cümə günü keçirilmiş geniş iclasında bəyan edib.

«Suriyada 48 mindən artıq rusiyalı hərbçi qiymətsiz döyüş təcrübəsi əldə edib. Onların 14 min nəfəri dövlət təltiflərinə layiq görülüb» - deyə, Şoyqu bildirib. Onun sölərinə görə, operativ-taktiki ekipajların 80,0 faizi, ordu aviasiyası ekipajlarının 95,0 faizi 100-120 döyüş uçuşu həyata keçirib.

Bir sözlə, Suriya böyük dövlətlər üçün döyüş-təlim poliqonuna çevrilib - hər yoldan ötən gedib Suriyada top, raket və s. atır...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol