"Dağlıq Qarabağ konfliktinin həlli regional oyunçulara görə uzanır".
Axar.az xəbər verir ki, bu açıqlamanı Stratfor Analitik Agentliyi yayıb.
Stratfor Ukraynada Qərblə Rusiya arasında yaranmış gərginliyin Qafqazda da yaranması üçün hər cür şəraitin olduğunu bildirib:
“Gürcüstan Qərbə, Ermənistan Rusiyaya inteqrasiya edir. Azərbaycan isə bu tərəflər arasında balansı qorumağa çalışır. Bununla bərabər, onun öz mövqeyini möhkəmlətmək üçün konflikti həll etməsi mütləqdir. Bu ölkə Avropanı enerji ilə təmin etmək baxımından ciddi alternativdir. Bundan əlavə isə onun Türkiyə, İsrail və ABŞ-la sıx iqtisadi və siyasi əlaqələri var. Məhz belə siyasətinə görə Bakı Moskva ilə danışıqlarda daha çox rıçaqlara sahib olub. Bu səbəbdən Ermənistanı Qarabağ məsələsində müdafiə edən Rusiyanın öz mövqeyini dəyişməsi istisna edilmir. Bu yalnız o zaman olacaq ki, Azərbaycan Rusiya üçün tam həyati əhəmiyyət daşıyacaq və Moskva Ermənistanı satacaq. Hazırda isə bu, o qədər də yaxın perspektiv kimi görünmür. Qarabağın həlli təkcə Rusiyadan da asılı deyil. Burada o qədər güclü olmayan, amma ABŞ-ın gücündən istifadə edən Türkiyə də var. ABŞ Türkiyə və Azərbaycanın arxasında qəti şəkildə dayansa, bu, konfliktin siyasi həllinə şərait yaradar”.


Şərhlər