Menu

"İlham Əliyevin qələbəsi xalqın Prezidentə yüksək inamının göstəricisidir" - Qırğızıstan prezidenti

12.04.2018, 11:34
"İlham Əliyevin qələbəsi xalqın Prezidentə yüksək inamının göstəricisidir" - Qırğızıstan prezidenti

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə "Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin!" - təbrikdə deyilir.

S.Jeenbekov vurğulayıb ki, İlham Əliyevin inamlı qələbəsi Azərbaycan xalqının Prezidentin ölkənin sabit və hərtərəfli inkişafına yönəlmiş kursuna tam inanmasının göstəricisidir.

O, həmçinin birgə səylər nəticəsində Qırğızıstan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət və inam əsasında daha da güclənəcəyinə, dərinləşəcəyinə əminliyini ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol