Menu

Mey, Trampın Suriyada birgə hərbi kampaniya aparmaq təklifini rədd edib - KİV

12.04.2018, 14:53
Mey, Trampın Suriyada birgə hərbi kampaniya aparmaq təklifini rədd edib  - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyanın Baş naziri Tereza Mey Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla telefon danışığı zamanı bəyan edib ki, Suriyada ehtimal olunan kimyəvi hücum barədə London üçün daha çox sübutlar əldə etmək vacibdir, nəinki bu ölkəyə zərbələr endirmək əməliyyatlarına qoşulmaq. Bu barədə «Times» qəzeti yazıb.

«Tereza Mey dünən Prezident Donald Trampa bəyan edib ki, Suriyaya hərbi zərbələr endirmək əməliyyatlarına qoşulmazdan əvvəl, Əsəd rejimi tərəfindən keçirildiyi ehtimal edilən kiyməvi hücum barədə Britaniyaya daha çox sübutlar lazımdır» - deyə, qəzet yazır.

Qəzet dəqiqləşdirir ki, Britaniyanın Baş naziri «əlüstü cəza» əməliyyatlarına qoşulmaq təklifi ilə razılaşmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol