"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalının "Yuventus"la cavab oyununda rəqib komandanın qapıçısı Canluicci Buffonun qırmızı vərəqə aldığı epizodla bağlı danışıb.
Qol.az-ın "Goal.com"a istinadla yaydığı xəbərə görə, fransalı mütəxəssis hakimin haqsız qərar verdiyini bildirib:
"Düşünmürəm ki, Buffon qırmızı vərəqəyə layiq idi. Ancaq artıq heç nəyi dəyişmək olmaz. Buffon mükəmməl oyunçudur. Bəlkə də, bu, onun Çempionlar Liqasındakı son oyunu deyil".
Xatırladaq ki, Buffon matçın 90+3-cü dəqiqəsində hakimin onun qapısına penalti təyin etdiyi üçün kəskin etirazını bildirib və qırmızı vərəqə ilə meydandan qovulub.


Şərhlər