Menu

«Yunanıstan Suriyada keçiriləcək mümkün əməliyyatlarda iştirak etməyəcək» - Tsipras

14.04.2018, 00:11
«Yunanıstan Suriyada keçiriləcək mümkün əməliyyatlarda iştirak etməyəcək»  - Tsipras

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yunanıstanın Baş naziri Aleksis Tsipras Fransanın Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bəyan edib ki, Yunanıstan silahlı qüvvələri Suriyada keçiriləcək mümkün əməliyyatlarda iştirak etməyəcək. Bu barədə Afinanın «AMNA» xəbər agentliyi məlumat verib.

«Liderlər Suriyadakı son hadisələri müzakirə ediblər. Yunanıstanın Baş naziri kimyəvi silahdan istifadəni pisləyib - o, deyib ki, Avropa İttifaqının qəti təşəbbüsləri lazımdır və İsveçin təklif etdiyi dinc tənzimləmə üzrə səylərin qaçılmaz olduğunu qeyd edib» - deyə, agentlik xəbər verir.

Cümə axşamı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) İsveç hökuməti Suriyada tərksilah üzrə bu ölkəyə yüksək səviyyəli missiyanın göndərilməsini nəzərdə tutan qətnamə layihəsi yayıb.

Yunanıstan Baş nazirinin mətbuat xidməti telefon danışığı zamanı hansı mövzuların müzakirə olunduğu barədəki xəbərlə kifayətlənib. Bunlar - iqtisadiyyat, energetika və müdafiə sferalarında Yunanıstan və Fransa arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi, Suriyadakı hadisələr, Avropa-Türkiyə münasibətləri, Kipr tənzimləməsi və keçmiş Yuqoslaviya respublikası Makedoniyanın adlandırılması istiqamətində danışıqlardan ibarətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol