Menu

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

13.04.2018, 23:06
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Türkiyənin qərbində 4,7 bal gücündə zəlzələ baş verib.APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 20:14-də qeydə alınan yeraltı təkanların episentri Konya şəhərindən 98 km cənub-qərbdə, ocağı 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol