Bakıda, Yasamal rayonundakı "Məhsul" stadionunda Milli Şura və Müsavat Partiyasının birgə mitinqi başlayıb. Aksiyanın əvvəlində Azərbaycan himni oxunub.
Mitinqin aparıcısı Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təmsilçisi İlham Hüseyn olub.
“Biz bu mitinqi seçki tamaşasından 3 gün sonra keçiririk” - mitinqin aparıçısı İlham Huseyn deyib.
Onun bildirməsinə görə, Azərbaycan xalıq bir daha gördü ki, hakimiyyət rəqabətsiz, alternativsiz mihitdə belə saxtakarlıq etmədən seçki keçirə bilmir: “Özləri seçdilər, özləri təsdiqlədilər, özləri bayram etdilər. Hətta bəzi deputatlar qol götürüb oynadılar da. Amma onlar Qarabağı işğaldan azad etdiklərinə görə, oynamırdılar. Seçki qutularını işğal etdiklərinə görə, oynayırdılar”
Mitinqdə AXCP sədri Əli Kərimli çıxış edib. AXCP sədri 11 aprel seçkisini xalqın boykot etdiyini, nəticələrin saxtalaşdırıldığını deyib: “Bütün dünya boyu seçki saxtakarlıqları ifşa olunub".
Qeyd edək ki, pis hava şəraitinin mitinqin kütləviliyinə müəyyən qədər təsiri olub.



***
Bu gün Bakıda, Yasamal rayonundakı “Mәhsul” stadionunda birlәşmiş müxalifәtin növbәti mitinqi keçirilәcәk. Mitinqi Milli Şura, Müsavat partiyası vә NİDA Hәrәkatı birgə təşkil edirlər.
Mitinq şәhәr icra hakimiyyәtilә razılaşdırılıb vә saat 15:00-da başlayacaq.
Budәfәki mitinqin әsas mәqsәdi aprelin 11-də keçirilmiş prezident seçkisinә etiraz etmәkdir. Mitinqə qatılan müxalifәt partiyaları seçkinin nәticәsini tanımadıqlarını bildiriblər. Mitinqdә hәmçinin әvvәlki tәlәblərin – siyasi mәhbuslara azadlıq, talana son vә sair şüarların sәslәndirilәcәyi bəyan olunub.


Şərhlər
Milli şura,AXCP,Nida partiyası konkret inkişaf,hərəkat planı hazırlayıb ictimaiyyətə təqdim ediblərmi? Bu mitinqlər millətə hansı çağırışla müraciət edir? Yalnız prezidrnti,məmurları tənqid etmək həll yolu deyil!BU baş aldatnaqdır.Ölkədə azərbaycanlı millətin çətin durumda qaldığını hamı görür və bilir.Ancaq özünü müxalifət adlandırıb mitinq təşkil edənlərin proqramı,millətə bu vəziyyətdən çıxış çağrışı və hvarmı?Bu mitinqlər sanki iqtidarın proqramı üzrə keçirilir(konkret vaxt məhdudiyyətində)və bitir.
resul quluyev size dedi acı stadı yoksa mitinge olmaz iktidara oynamayin
Allah ömür versə, 7 ildən sonra bəxtinizi bir daha sınayarsız. Ama İsa bəy kimi seçki söhbəti gələndə Türkiyədən girib Almaniyadan çıxmazsız.
durumumuz heç yaxcı dəyil: bu elə adlardan bəlli olur: ərəb sözləri-milli, musavat, şura, cebhe-cibhe, millət-xalq, siyasət, müxalifət, müstəqillik - digəl anla-qan bunları görüm..ingilis mitinq, ekzitpol, yunan demoqratiya, latın prizdent (niyazıç demiş) sözlərini demirəm hələ..işimiz fırıqdır..
TOYDAN SONRA NAĞARA.