Menu

Polis Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb - "1000 nəfərədək insan iştirak edib"

14.04.2018, 17:35
Polis Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb  - "1000 nəfərədək insan iştirak edib"

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, açıqlamada deyilir:

“Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol